Saytımızı qiymətləndirin


 
 

Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Tarix: 03-02-2018 | Saat: 12:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 


 

guclu kulek esecek xeberdarliq

Fevralın 4-də da Bakıda və Abşeron yarımadasında  havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

"Qarabaginfo" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin "Apa.az"a bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 8-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Fevralın 4-dən 7-dək  bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi barədə xəbərdarlıq edilib. 



Xəbəri paylaş

613 dəfə oxunub.

Digər xəbərlər