Bakı aeroportunda şillə yeyən erməni Azərbaycanı müharibə ilə hədələdi...
Tarix: 13-03-2021 | Saat: 00:06
Bölmə:Karusel / Region | çapa göndər
1456 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-03-2021 | Saat: 00:06
Bölmə:Karusel / Region | çapa göndər

"Helsinki Təşəbbüsü - 92" komitəsinin koordinatoru, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri, erməni Karen Ohancanyanın adı çəkiləndə, ilk olaraq ona Bakı aeroportunda vurulan şillə yada düşür.
Bəri başdan deyək ki, bu şillə məsələsini qəbul etmirik, yanlış hərəkət olduğunu vurğulayırıq.
Karen Ohancanyan bu günlərdə erməni mediası “ru.1in.am” saytına müsahibə verib. Hadrut rayonunun və Şuşa şəhərinin azad olunmasını Azərbaycan tərəfdən “işğal” kimi dəyərləndirən Ohancanyan “işğal faktı”nın dünyaya yayılmasını və bunun beynəlxalq hökümətlərarası institutlar tərəfindən tanınmasının vacibliyini vurğulayıb. Eyni zamanda əlavə edib ki, Azərbaycan “bu əraziləri könüllü olaraq qaytarmalı, əks halda bu erməni millətinin ləyaqətinin təhqiri rolunu oynayaraq bumeranq effekti yaradacaq və bu ərazilərin geri qaytarılması naminə başqa bir müharibə başlanacaq".
“Ərazilərin geri qaytarılması” üçün bizi müharibə ilə hədələyən Karen Ohancanyan beynəlxalq sülh mükafatları laureatıdır. Erməni təsəvvüründə sülh Azərbaycan torpaqlarının separatçılara hədiyyə edilməsidir. Bu “beynəlxalq sülh mükafatçısı” beynəlxalq hüquqa hörmət etsəydi, Qarabağ ermənilərinə səslənməliydi ki, Azərbaycan ərazi bütövlüyünü gec-tez bərpa edəcək, ona görə də yaxşı olar ki, Azərbaycan vətəndaşlığını qəbul edib normal, təhlükəsiz həyata başlayın.
Görünür, şillə Karenin yadından çıxmayıb...(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
7-06-2023, 10:52
Maşınınızı tullantı kimi satsaz, nə qədər qazanacaqsız?
29-10-2024, 10:46
Bu ilin 9 ayında 112 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub
22-08-2020, 14:24
Dövlət Dəniz Agentliyi təhlükəli hidrometereoloji hadisə ilə bağlı xəbərdarlıq edib
15-10-2025, 17:19
Bakıda Zəfər Günü parad olacaq - Foto
7-08-2021, 12:49
Səbail rayonununda ağaclıq ərazi yanır
8-02-2021, 16:27
Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxılıb
15-10-2021, 07:25
Abdullahiyan: "AB ilə dialoq nüvə razılaşması məsələsində dalandan çıxış yolu tapmağa köklənib"
28-02-2023, 16:56
Azərbaycana minaaxtarma işlərində ən çox dəstək verən ölkələr açıqlanıb
















