Saytımızı qiymətləndirin


 
 

Milli Məclisdə azərbaycanca danışdı - Alqışlandı +Fotolar
Tarix: 21-09-2018 | Saat: 14:17
Bölmə:Manşet / Gündəm | çapa göndər

 

Milli Məclisdə azərbaycanca danışdı

 

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclasına qatılan TBMM sədri Binəli Yıldırımın çıxışı alqışlarla qarşılanıb.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə Yıldırım çıxışının ilk hissəsində Azərbaycan türkcəsində danışıb:

“Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Birlikdə ağlar, birlikdə gülərik. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtədə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik. Azərbaycana soyuq olsa, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adını sayanda Azərbaycanı oraya daxil etmirik”.

TBMM sədi parlament üzvlərinə səslənərək özünü onların hüzurunda Milli Məclisin üzvü kimi hiss etdiyini deyib. Daha sonra Binəli Yıldırım Azərbaycan dövlət başçısı İlham Əliyevlə bir araya gəlib. 

 



 



Xəbəri paylaş

582 dəfə oxunub.

Digər xəbərlər