Tarix: 25-12-2020 | Saat: 15:49
Bölmə:Karusel / Sosial | çapa göndər
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb.
Fonddan-a verilən məlumata görə, Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcək. Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir.
Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər.
Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək.
Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ailələrə çatdırılan bayram sovqatı qutusuna aşağıdakılar daxildir:
s/s |
Məhsulun adı |
Miqdar (ədəd) |
1 |
Çay (“Azərçay” və ya “Final”, 800 qr) |
1 |
2 |
Qənd (“Azərşəkər” və ya“Gülüm”, 800 qr) |
2 |
3 |
Şəkər tozu (“Richmond”, ''Azərşəkər” və ya “Evim”, 800 qr) |
2 |
4 |
Düyü (“Richmond” və ya “Domaşneye”, 800 qr) |
3 |
5 |
Bulqur (“Mizzo”, 800 qr) |
1 |
6 |
Makaron (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) |
2 kq |
7 |
Vermişel (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) |
2 kq |
8 |
Mərcimək (“Mizzo”, 800 qr) |
1 |
9 |
Günəbaxan yağı (“Evim”, “Final və ya Yurdum”, 1 lt) |
1 |
10 |
Əridilmiş yağ ("Ana bala”, 1.745 kq) |
1 |
11 |
Un (“Karmen”,“Doymak”, “Oman” və ya “Fellini”) |
3 kq |
12 |
Tomat pastası (“Blendo”, 275 qr) |
1 |
13 |
Duz (“Salute”, 1 kq) |
1 |
14 |
Konfet (“Karamel-ka”, “Estella”, “Assorti” və ya “Kometa”, 1 kq) |
1 |
15. |
Toyuq (“Mərcan”, “Giləzi”, “Lebro”, “Siyəzən”, “Şəfa” və ya “Dəvəçi toyuqları”, 1.2-1.4 kq) |
2 |
1 / 3
Digər xəbərlər