Saytımızı qiymətləndirin


 
 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb – SƏNƏD
Tarix: 22-12-2020 | Saat: 11:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın 2010-cu ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıbmış.

 

Qarabaginfo.az xəbər verir ki, baş nazir Nikol Paşinyan hazırda Azərbaycanla-Ermənistan arasında gedən sərhədlərin delmitasiya və demarkasiyası prosesinin hələ 2010-ci ildə qəbul edilmiş qanuna əsasən, həyata keçirildiyini söyləyib.

“Zod kənd icması Qeqarkunik vilayətinin cənub-şərq istiqamətində yerləşib və şimaldan və şima-şərqdən Azərbaycan Respublikası ilə həmsərhəddir”-deyə qanunda deyilir.

 Qanun Naxçıvan, Qarabağ və Tovuz-Qazax bölgəsində iki ölkənin dövlət sərhədləri barədə detallı məlumat verir. Faktiki olaraq, qanun layihəsi Ermənistanın Azərbaycanın dünya birliyi tərəfindəön tanınan dövlət sərhədlərini qəbul edir. 

 

Paşinyan Serj Sarkisyanın dövründə parlamentin Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi barədə qanun layihəsinə Respublika Partiyasının, Çiçəklənən Ermənistan Partiyasının və Daşnaksütyun Partiyasının səs verdiyini xatırladıb. O, Ermənistan ordusunun məhz 2010-cu ildə müəyyən olunmuş sərhəd xəttinə geri çəkildiyini əlavə edib.

Qanun layihəsinin mətni hissələr şəklində sosial şəbəkələrdə paylaşılıb.  



Xəbəri paylaş

404 dəfə oxunub.

Digər xəbərlər
17-11-2021, 12:02 XİN bəyanat yaydı