Saytımızı qiymətləndirin


 
 

Türkiyə Prezidenti hava hücumundan müdafiə sisteminin istehsalına başladıqlarını bildirib
Tarix: 16-12-2020 | Saat: 21:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Prezidenti hava hücumundan müdafiə sisteminin istehsalına başladıqlarını bildirib

“Müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağıq. Bu sahədə sevindirici xəbərlərimiz var”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Niğde avtomobil yolunun açılışında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiqindən sonra müdafiə sənayesinə, bu sahədə önəmli xidmətləri olan Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə və onun kollektivinə daha çox dəstək verəcəklər

 

Biz Türkiyəyik, böyük düşünməliyik. ASELSAN və Roketsan tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə sistemimiz olan “HİSAR-A” Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib. Amma bu bir az gecikdi. Səbəbi nə idi, bilirsinizmi? Xaricdən aldığımız bir hissəyə embarqo qoyulmuşdu. Amma biz yerli hissəni qısa müddətdə istehsal etməyi bacardıq və nəticəyə nail olduq. Nə qədər maneə olmağa çalışsalar da, “HİSAR-A”-nın mütəmadi istehsalına başlanılıb, xeyirli olsun”, - deyə Ərdoğan vurğulayıb. APA



Xəbəri paylaş

359 dəfə oxunub.

Digər xəbərlər