Saytımızı qiymətləndirin


 
 

Ukrayna rusiyalı əsirlərin evlərinə zəng etmələrini qadağan edib
Tarix: 09-09-2024 | Saat: 21:09
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna ərazisində olan rusiyalı hərbi əsirlər bundan sonra evlərinə zəng edə bilməyəcəklər.

Bu barədə məlumatı Ukrayna parlamenti – Verxovna Radanın insan haqları üzrə müvəkkili Dmitri Lyubinets verib.

Onun sözlərinə görə Ukraynada hazırda rusiyalı hərbi əsirlər üçün dörd düşərgə mövcuddur: “Biz oradakı vəziyyəti yoxlamaq üçün onlara müntəzəm baş çəkirik və deməliyəm ki, orada vəziyyət Cenevrə Konvensiyasına uyğundur. Bilirəm ki, bu məlumatı eşitmək, ilk növbədə ukraynalı qəhrəman əsirlərin ailələri üçün çox ağırdır. Amma biz anlayırıq ki, təəssüf və ya qeyri-təəssüf, özümüzü rusiyalılar kimi apara bilmərik. Biz demokratik ölkəyik və bizim üçün insan haqları boş-boş söhbət deyil”.

Lyubinets əlavə edib ki, rusiyalı hərbi əsirlər beynəlxalq hüquqa uyğun olaraq ailələrinə bundan sonra da məktub yaza biləcəklər.

Rusiya ukraynalı əsirlərin evlərinə zəng etmələri üçün şərait yaratmır.

Ukraynanın baş naziri Denis Şmıqal bildirmişdi ki, rusiyalıların kütləvi şəkildə könüllü əsir düşməsinin əsas səbəbi onlarla əsirlikdə edilən insani rəftardır. Bununla belə ukraynalı ombudsman deyib ki, Rusiya tərəfi ukraynalı hərbi əsirlərlə daha qəddar hərəkət edir: “Təəssüflə qeyd etməliyəm ki, biz rusiyalı hərbçilərin ukraynalı əsirləri öldürməsinə dair xəbərləri tez-tez alırıq. Bunu təkcə beynəlxalq təşkilatlar sənədləşdirmir. Sənədləşdirməni ilk növbədə Ukraynanın müvafiq orqanlarının nümayəndələri aparırlar. Mən bunu Rusiya tərəfindən Cenevrə Konvensiyasının pozulması hesab edirəm. Məncə bütün bunlar rusiyalılar tərəfindən törədilən hərbi cinayətlər kimi qiymətləndirilməlidir”.

Avqustun əvvəllərində BMT insan haqları üzrə monitorinqinin Ukraynadakı rəhbəri Daniyel Bell məlumat vermişdi ki, Rusiyada əsirlikdə olan ukraynalı hərbçilərin 95 faizindən çoxu işgəncələrə məruz qalır.

2024-cü ilin iyununda Vladimir Putin demişdi ki, Rusiya hərbi əsirliyində 6465 ukraynalı, Ukrayna əsirliyində isə 1348 rusiyalı əsir var.



Xəbəri paylaş

69 dəfə oxunub.

Digər xəbərlər