Tarix: 11-09-2020 | Saat: 17:03
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
"Valideynlərə müraciət edirik ki, övladınızın səhhətində hər hansı problem, COVİD-ə bənzər simptomu varsa, məktəbə gətirməyin".
Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
Onun sözlərinə görə, kimsə dərman içib, hərarəti salıb, məktəbə gələ bilər: "Biz bütün şagirdləri bu cür yoxlaya bilmərik. Türkiyədə xüsusi iltizam formaları var ki, valideyn öhdəlik götürür. Ailədə simptom varsa, ilk olaraq məktəb rəhbərliyinə məlumat verirlər və dərsə aparmırlar. Belə problem yaransa, Təhsil Nazirliyinin yanında da bir Operativ Qərargah olacaq, orada gündəlik yoluxanları birbaşa nəzarətə götürüb, Gigiyena və Epidemiologiya Mərkəzi, Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə izləyəcəyik. Əgər hər hansı müəllim və ya şagirddə virus aşkarlansa, qərar veriləcək ki, sinif lokal və ya məktəb ümumilikdə bağlansın. Ona görə valideynlər buna diqqət etməlidir".
Digər xəbərlər