Saytımızı qiymətləndirin


 
 

“İmkanım olsa, Qarabağ ermənilərinə “KamAZ”-“KamAZ” makaron, vermeşel göndərərəm
Tarix: 28-12-2022 | Saat: 17:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“İmkanım olsa, Qarabağ ermənilərinə “KamAZ”-“KamAZ” makaron, vermeşel göndərərəm”

“Əgər biz deyiriksə, Xankəndidə yaşayan ermənilər bizim vətəndaşımızdır, onda onlar üçün hər şey etməliyik. Hətta imkanım olsa, makaron, yağ, verməşel, bir sözlə, hər şeyi “KamAZ”-“KamAZ” apararam, göndərərəm orada yaşayan ermənilərə. Yox, əgər qəbul etməsələr, mən də dünyaya göstərərəm ki, baxın, mən öz vətəndaşlarıma bunları göndərdim, amma onlar qəbul etməlidlər”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisanah.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu Şuşa-Xankəndi yolu ilə Xankəndidən İrəvana buraxılan 3 təcili yardım maşınından, habelə yolun humanitar məqsədlər üçün tamamilə açıq olmasından danışarkən deyib.

N.Cəfəroğlu xatırladıb ki, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır:

“İstəsələr də, istəməsələr də bütün dünya bunu qəbul edib. Mən bunu edərəm. Təcili yardım lazımdırsa, oraya 1 dənə təcili yardım qoyaram ki, mənim həkimlərim getsin, onları müayinə etsin. Hətta İrəvana da buraxaram. Amma biz göstərməliyik ki, bu torpaq bizimdir. Bunu da sübut etmək üçün biz hər şeyə cəhd göstərməliyik. Dünyaya göstərmək üçün ki, baxın, biz onlara yardım edirik, biz onların hər bir problemini həll edirik. Mən şəxsən onların qazını, suyunu, işığını da verərəm. Hətta benzin lazımdır, benzin göndərərım. Bunların hamısını dünyaya göstərməliyik ki, biz öz vətəndaşlarımıza hər bir şeydə köməklik edə bilərik”. 

Yolun humanitar məqsədlər üçün açılmasıyla bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində səslənən fikirlərə də münasibət bildirib:

“Zəngəzur yolu 30 ildir mənim öz millətimin üzünə bağlıdır və və mən öz torpağıma gedə bilmirəm. Naxçıvana ancaq təyyarə ilə gedə bilirəm. Əgər onlar vətəndaşlığımızı qəbul etmirlərsə, təyyarə ilə çıxıb getsinlər İrəvana. Yol da olmayacaq. Sən mənim vətəndaşımsansa, mən yolu sənə açıram, amma sən Zəngəzurdan mənə yol vermirsən. Nəticədə mənim öz vətəndaşım ancaq təyyarə ilə gedib-gəlir. Yox, əgər belədirsə, onda sən də öz vətəndaşını Xocalıdan təyyarə ilə Ermənistana aparacaqsan, vəssəlam!”



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər