Türkiyə hakimiyyəti pandemiya ilə əlaqədar məktəblərdə məsafədən tədrisin müddətini mayın 31-dək uzadıb.
Qarabaginfo.az “Report.az” a istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Səlcuk məlumat verib.
“Pandemiya ilə əlaqədar məsafədən tədrisin müddəti mayın 31-dək uzadılıb. Şagirdlərin hamısı növbəti sinfə keçiriləcək”, - o vurğulayıb.
Qeyd edək ki, pandemiya müddətində Türkiyədə martın 16-dan 23-dək məktəblərdə tətil olmuşdu. Bir müddət sonra məsafədən tədrisin müddəti aprelin 30-dək uzadıldı.
Xatırladaq ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 992 nəfərə, infeksiya daşıyıcılarının sayı isə 114 653-ə yüksəlib.