Tarix: 02-03-2020 | Saat: 09:40
Bölmə:Karusel / Sosial | çapa göndər
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı vətəndaşlara çağırış edib.
"Qarabaginfo"un xəbərinə görə, R.Bayramlı qeyd edib ki, bütün vətəndaşların qoruyucu maskalardan istifadə etməsinə ehtiyac yoxdur: “Maskalardan xəstələr istifadə etməlidirlər. Burada söhbət koronavirus xəstəsindən getmir...Ölkədə yuxarı tənəffüs yolu infeksiyalarının yayıldığı dövrdür. Yuxarı tənəffüs yolu simptomu olan şəxslər maskalardan istifadə etməlidirlər. Bu, ətrafdakıları qorumaq üçündür. Əlləri tez-tez 20 saniyə müddətində yumaq lazımdır. Çalışaq ki, əllə salamlaşmayaq. Əlimizi yumadan ağzımıza, gözümüzə vurmamalıyıq. Asqıranda əli ağıza tutmaq olmaz. Çünki sonra qapı dəstəyindən və s. yerlərdən tuturuq. Asqıran zaman ağzı dirsəyin iç tərəfinə-büküşünə doğru tutmaq lazımdır. Öskürən şəxslərlə təmasdan qaçmaq lazımdır”.REALTV
Digər xəbərlər