Tarix: 01-09-2021 | Saat: 10:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gündən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minib.
Qarabaginfo.az-ın məlumatına görə, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına “Puteşestvuyu bez COVID-19” mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.
Məlumata görə, “Puteşestvuyu bez COVID-19” tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
- “iPhone” üçün: https://apps.apple.com/app/id1541206996
- “Android” smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US
- “Huawei” smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239
Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:
- Rusiya Federasiyasının vətəndaşları üçün;
- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.
- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.
Digər xəbərlər