Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın əmtəəlik təbii qaz ehtiyatları açıqlanıb
Tarix: 19-08-2021 | Saat: 14:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanın əmtəəlik təbii qaz ehtiyatları açıqlanıb

Bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17 milyard 409,9 milyon kubmetr təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, ehtiyatların 86,1 %-i hasilatın, 13,9 %-i qalığın hesabına formalaşıb. Təbii qazın 35,8 %-i istehlak, 51,7 %-i ixrac olunmuş, 2,8 %-i itkiyə getmiş, 9,7 %-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,2 %-i istehsal ehtiyaclarına sərf edilmiş, 37,8 %-i isə əhaliyə satılıb.

Bu ilin yanvar-iyun aylarında 8 milyard 992,2 milyon kubmetr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 % çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2 milyard 360,3 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % çox təbii qaz istehlak edilmiş, onun 37,2 %-i Bakı şəhərinin, 3,5 %-i Naxçıvan Muxtar Respublikasının, 10,7 %-i Abşeron-Xızı, 6,1 %-i Mərkəzi Aran, 6 %-i, Gəncə-Daşkəsən, 6 %-i Lənkəran-Astara, 5,9 %-i Qazax-Tovuz, 5 %-i Şəki-Zaqatala, 4,9 %-i Quba-Xaçmaz, 4,6 %-i Qarabağ, 3,9 %-i Mil-Muğan, 3,8 %-i Şirvan-Salyan, 2,4 %-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.



Xəbəri paylaş

314 dəfə oxunub.

Digər xəbərlər