Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını kəskin artırıb
Tarix: 15-07-2021 | Saat: 11:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
1332 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-07-2021 | Saat: 11:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 072,4 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur.
Dövlət Statistika KomitəsindənQarabaqinfo.az-a verilən məlumata görə, qazın nəqlinin 49%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 8 368,5 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-lik artım).
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.
Xəbəri paylaş
Digər xəbərlər
8-01-2026, 14:14
Gürcüstan hökumətinin BBC-yə qarşı iddiası hazırdır
8-12-2022, 15:22
Azərbaycan və Türkmənistan spikerləri memorandum İMZALADI
21-02-2022, 11:38
ETSN yanında İctimai Şuraya yeni sədr seçildi
7-09-2022, 12:00
İlham Əliyev Britaniyanın yeni baş nazirini TƏBRİK ETDİ
28-08-2025, 23:05
Peskov: Kiyev ilə hava atəşkəsi barədə razılaşma əldə edilməyib
7-02-2025, 07:35
Tramp USAID işçilərini ixtisar etməyi planlaşdırır
6-10-2023, 14:25
Kişilərə 14 günlük “atalıq məzuniyyəti” vermək təklif olunur
9-03-2022, 00:42
NATO müdafiə nazirləri fövqəladə iclas keçirəcək



















