“5 illik müddətin tamamına az qalmış Rusiya Qarabağda elə bir təxribat törədəcək ki...”
Tarix: 22-05-2021 | Saat: 21:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1303 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-05-2021 | Saat: 21:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Moskvanın Qarabağdan çıxması yalnız bir halda mümkün ola bilər...”
Rusiyanın sülhməramlı adı altında Azərbaycan Respublikasının Laçın rayonu və Yuxarı Qarabağ ərazilərinin bir hissəsinə daxil olmuş hərbi kontingentinin artıq 6 ayı tamam olub. Amma hələ də həmin qüvvənin beynəlxalq statusu müəyyənləşməyib. Bəs bu prosesin sonu necə olacaq? Azərbaycan dövləti 5 illik müddətin tamamında Rusiya hərbi birləşmələrini öz ərazisindən çıxarmağa nail ola biləcəkmi?
Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran tanınmış hüquqşünas, bir müddət öncə Türkiyədə yaradılmış Qarabağ Savaş Suçlarının Araşdırılması Komissiyasının üzvü Adil Minbaşı bunları dilə gətirib:
“Əslində Ermənistanın haqsız ərazi iddiaları özü ilə yanaşı, Azərbaycanın və Gürcüstanın da taleyini başqa bir istiqamətə yönəldib. Məhz həmin iddiaların son nəticəsi olaraq Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə girməyə nail olması da prosesləri daha da qəlizləşdirdi. 28 il bundan öncə Azərbaycandan çıxarılmış Moskva yenidən hərbi formada ölkəmizə girdi və regionda mövqeyini möhkəmləndirdi. Və Rusiya nə qədər ki, güclüdür, hətta 5 il tamam olandan sonra da buradan çıxmayacaq. Tutaq ki, lap 5 ilin tamamında Azərbaycan-Ermənistan sərhədi də müəyyənləşdirildi, Ermənistan ərazi bütövlüyümüzü də tanıdı, Zəngəzur dəhlizi də açıldı, iqtisadi-siyasi əlaqələr də bərpa olundu - Rusiya yenə də Qarabağdan və Laçın dəhlizindən çıxmayacaq. Çünki hegemon bir dövlət kimi hər yerdə öz maraqlarını yeritməyə çalışır...”
Həmsöhbətimiz “Bəs Azərbaycan dövləti Rusiya sülhməramlılarından rəsmən imtina etsə də, Kreml onları ərazimizdən çıxarmayacaq?” sualını da cavablandırıb.
“Lap Azərbaycan da, Ermənistan da – hər ikisi istəsə də, buradan çıxmayacaq Moskva. Çünki həmin 5 illik müddətin tamamına az qalmış, bilsə ki, biz onların çıxarılması məsələsini qoyuruq, Rusiya hərbi kəşfiyyatı Qarabağda azərbaycanlı və ermənilər arasında elə bir təxribat törədəcək, elə bir konflikt yaradacaq ki, bu, onlara çıxmamaq üçün hüquqi əsas verəcək. Və həm də biz yenidən onların funksiyasına möhtac olacağıq. Özümüz deyəcəyik ki, qalın, münaqişəni sakitləşdirin. Rusiyanın Qarabağdan çıxması yalnız bir halda mümkün ola bilər. Əgər Türkiyə də Rusiya ilə birlikdə Avropa Birliyi tipli bir qurum yaradıb birlikdə oraya daxil olacaqsa, o zaman artıq Ermənistan Rusiyaya lazım olmayacaq. Və bu halda Kremlin buradakı hərbi mövcudluğuna da gərək qalmayacaq”- Adil Minbaşı bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
25-06-2022, 23:09
Sumqayıtda 84 yaşlı qadını qətlə yetirən gənc oğlan tutulub
1-06-2023, 11:32
Rusiyasız yeni nizam - Liderlər fürsəti əldən verməməlidir
2-03-2022, 23:17
Azərbaycanlı milyonçunun qızları Rusiya vətəndaşlığından çıxarıldı
25-08-2021, 14:11
"WhatsApp"da zərərverici virus aşkarlanıb
22-01-2022, 15:53
COVID-19-a görə təyyarə ekipajı üçün qoyulan tələblər dəyişdirilib
11-09-2021, 15:52
İran son 1 ayda 58 maşınla Xankəndiyə qaçaqmalçılıq yolu ilə naməlum yüklər göndərib
9-02-2023, 14:44
Ərdoğan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşdü
26-07-2022, 19:38
Məhəmməd bin Salman Yunanıstana və Fransaya səfər edəcək
18-12-2017, 09:59
Kabab kömürünə qarşı reyd başladı
5-12-2023, 15:59
ABŞ ölkədəki kütləvi qətllərin sayına görə rekord vurub