Sumqayıt polisinə yeni rəis müavini təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, polis polkovnik-leytenantı Anar Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

O, bu təyinatadək Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsində işləyib.

Qeyd edək ki, əvvəlki rəis müavini Hüseyn Həsənov bir müddət əvvəl sərəncama göndərilib. APA