Saytımızı qiymətləndirin


 
 

“Azərişıq” əməkdaşlarının vaksinasiyasına başlanıldı - Fotolar
Tarix: 06-04-2021 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Azərişıq” əməkdaşlarının vaksinasiyasına başlanıldı

 

“Azərişıq” əməkdaşlarının vaksinasiyası başlayıb.

Qurumdan Qarabaginfo.az-a verilən məlumata görə, ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub:

"Daim əməkdaşlarının təhlükəsizliyinə və sağlamlığına üstünlük verən "Azərişıq" ASC pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib.

Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa, 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yaradılıb".

TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi "Azərişıq" ASC əməkdaşlarına da Çinin “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulacaq:

"Hər gün üçün təxminən 200 nəfər "Azərişıq" ASC əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur" - deyə o əlavə edib.



Xəbəri paylaş

1355 dəfə oxunub.

Digər xəbərlər