Saytımızı qiymətləndirin


 
 

ADA Universitetində Holokost zamanı yəhudiləri xilas etmiş diplomatlar anılıb
Tarix: 23-01-2018 | Saat: 14:01
Bölmə:Karusel / Dünya | çapa göndər

 

BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrail səfirliyinin birgə təşkil etdiyi "Holokost həftəsi" çərçivəsində ADA Universitetində “Vəzifədən kənar: Millətlər arasında ədalətli sayılan diplomatlar” adlı sərgi keçirilib.

 

"Qarabaginfo" xəbər verir ki, "Apa.az"ın məlumatına görə, 29 posterdən ibarət sərgi Avropada yəhudilərin həyatlarını xilas edən, dünyanın müxtəlif ölkələrindən olan 10 diplomata həsr olunub.

 

Sərginin açılışında çıxış edən İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rosenberq bildirib ki, 1993-1941-ci ildə nasist Almaniyasının yəhudilərə qarşı soyqırım siyasəti həyata keçirdiyi dövrdə dünyanın müxtəlif ölkələrindən 34 diplomat günahsız insanlara kömək edib: “Onlar öz vəzifə səlahiyyətlərini aşaraq minlərlə yəhudinin həyatlarını xilas ediblər. Bununla bağlı İsrailin baş naziri Benyamin Netanyahu fevral ayında İsrail Xarici İşlər Nazirliyində həmin diplomatla həsr olunmuş xatirə lövhəsinin açılışını edəcək”.

 

Daha sonra çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib ki, həmin diplomatlar öz dövrlərindən insanların həyatını xilas etmək üçün çox qiymətli iş görüblər. Onun sözlərinə görə, insanlar arasında qəzəbin yayıldığı bir vaxtda bu kimi tədbirlərin təşkili sülh, tolerantlıq və birgə yaşama kimi dəyərlərin təbliği baxımından çox vacibdir.

 

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov çıxışında əlavə edib ki, BMT tərəfindən elan edilən “Holokost günü”nun builki mövzusu təhsilidir. O bildirib ki, təhsil zorakılığın bütün növlərinə qarşı mübarizədə ən vacib yoldur və bu hər kəsin bu sahənin inkişafında birgə işləməsini zəruri edir. 



Xəbəri paylaş

635 dəfə oxunub.

Digər xəbərlər