Saytımızı qiymətləndirin


 
 

Qazaxıstanda 8 yeni kömür elektrik stansiyası tikiləcək
Tarix: 01-04-2026 | Saat: 11:21
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Qazaxıstanda 8 yeni kömür elektrik stansiyası tikiləcək

Qazaxıstanda elektrik enerjisinə artan tələbatın ödənilməsi və ölkənin enerji sisteminin dayanıqlığının artırılması məqsədi daşıyan 2026–2030-cu illər üzrə kömür əsaslı generasiyanın inkişafına dair milli layihə çərçivəsində səkkiz yeni elektrik stansiyasının tikintisi planlaşdırılır.

“Əsas diqqət baza enerji mənbələrinin yaradılmasına yönəldiləcək. 2030-cu ilə qədər 7,8 giqavat (QVt) həcmində yeni və yenilənmiş güclərin istismara verilməsi planlaşdırılır. Bu, səkkiz yeni elektrik stansiyasının tikintisini və 11 mövcud stansiyanın modernləşdirilməsini əhatə edir”, - məlumatda qeyd olunub.

Məlumata əsasən, texnoloji modernləşmə və ekoloji standartlara riayət olunması şərti ilə kömür əsaslı generasiya uzunmüddətli perspektivdə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində və enerji sisteminin sabitliyinin qorunmasında əsas rolunu saxlayacaq.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər