Saytımızı qiymətləndirin


 
 

Çində son 24 saatda koronavirusdan üç nəfər ölüb
Tarix: 28-03-2020 | Saat: 10:21
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

© Deutsche Welle

Ötən sutka ərzində Çində koronavirus səbəbindən nəfər ölüb, 54 nəfər isə virusa yoluxub. Bununla da virusa yoluxanların sayı 81 394 nəfərə çatıb.

Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, bütün 54 hal digər ölkələrdən gələn şəxslərdə qeydə alınıb. Çində cəmi 649 idxal koronavirus infeksiyası aşkarlanıb.

“Dövlət Komitəsinə 31 əyalətdən (rayonlardan, mərkəzi tabeliyindəki şəhərlərdən) koronavirusla bağlı 3 128 nəfərin xəstə olduğu (921-nin vəziyyəti ağırdır), 74 971 nəfərin sağalaraq xəstəxanadan evə buraxılması barədə məlumat daxil olub. Son məlumata görə, 3 295 nəfər ölüb”.

Hubey əyalətində son 24 saat ərzində yoluxma qeydə alınmayıb, 367 nəfər sağalıb (Uhan şəhərində 360), üç nəfər ölüb. 



Xəbəri paylaş

382 dəfə oxunub.

Digər xəbərlər