Saytımızı qiymətləndirin


 
 

Rəsulzadənin barelyefindəki səhv...
Tarix: 25-01-2019 | Saat: 11:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəsulzadənin barelyefindəki səhv...

 

Azərbaycan Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən oğurlanan barelyefinin yerinə yenisi asılıb.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər  verir ki, ancaq yeni xatirə lövhəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, lövhənin üzərində ciddi nöqsana yol verilib. Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə M. Rəsulzadə Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri kimi adlandırılıb.

Cümhuriyyətin adının mərmərdən hazırlanan xatirə lövhəsində yanlış qeyd edilməsi haqlı olaraq narazılıq yaradıb.

“Qafqazinfo” məsələ ilə əlaqədar Novxanı bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən məsələdən xəbərdar olduqlarını bildiriblər. Ancaq sədr Şahin Tağıyev yerində olmadığından onunla danışmaq mümkün olmayıb.



Xəbəri paylaş

572 dəfə oxunub.

Digər xəbərlər