Saytımızı qiymətləndirin


 
 

"İslam dini çoxlu elmi həqiqətlərin şərhini verir".
Tarix: 07-04-2021 | Saat: 15:11
Bölmə:Gündəm | çapa göndər

                   “ Heydər Əliyev irsi : Azərbaycanda dövlət-din münasibətləri”

Məlum olduğu kimi Azərbaycanda multikulturalizm prinsiplərinə əsaslanan dini məsələlər qüvvədə olan qanunvericiliyə uyğun qaydada nizamlanmasını təmin edən müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Artıq ölkəmizdə ənənə halını almış, gündəlik həyat tərzinə çevrilmiş multikultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Azərbaycan multikulturalizmi dünyanın bir çox nüfuzlu ali məktəblərində, sosioloji , eləcədə politoloji tədqiqat instutlarında tədris və tədqiq olunur. Yuxarıda qeyd olunduğu kimi 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və bu il çərçivəsində respublikamızın bütün bölgələrində silsilə tədbirlərin təşkili və uğurla həyata keçirilməsi Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ölkə Prezidentinin bu sahədəki siyasətinə ən böyük töhvədir. “Din” sözü ilk baxışda onun mahiyyətini başa düşməyənlərə böyük narahatlıq, vahimə gətirə bilər. Din- yol, inam, ibadət deməkdir. Biz müsəlmanıq, bizim yolumuz isə İslamdır. İslam dini çoxlu elmi həqiqətlərin şərhini verir. Onu öyrənən dünyanın bir çox sirləri haqqında elmi məlumatlar alır . Bəzi müdrik nəsihətlər, maraqlı hadisələr müqəddəs din xadimləri tərəfindən söylənmişdir. İslam dini ən gənc və sülhsevər dindir. Məhz bu səbəbdən o, müxtəlif dinlərə və məzhəblərə qulluq edən adamlar tərəfindən hörmətlə qarşılanır, başqa dinlərə mənsub olanlar arasında bu dini qəbul edənlərin sayı get-gedə artır. Sovet hakimiyyəti illərində bizim ölkədə İslam dininin yayılması qadağan edilmiş, hətta ona qarşı güclü təbliğat aparılmışdır. Həmin dövrdə elmi ateizm üzrə yüzlərlə əsər yazılmışdır. Bu əsərlərin hamısı İslam dininə qarşı yönəlmişdi. SSRİ-nin dağılması ölkəmizin azadlıq və müstəqillik yoluna qədəm qoyması xalqımızın ideologiyasında , mənəviyyatında da dönüş yaranmasına səbəb oldu. Bu gün nəinki yaşlılar,gənclər hətta kiçikyaşlı məktəblilər də İslama maraq göstərirlər. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin respublikamızda digər sahələrdə olduğu kimi İslam dininin və bu dinlərlə yanaşı Azərbaycanda mövcud olan digər dini konfessiyalara da sərbəst, azad, demokratik prinsiplərə əsaslanaraq fəaliyyət göstərməsinin təminatçısı olmuşdur. O, vaxtaşırı proslav, yəhudi və digər qurumların rəhbərlərini qəbul edir və yığıncaqlarda onlarla fikir mübadiləsi aparır və dəyərli tövsiyələr verirdi. Və bu dini qurum rəhbərləri respublikamızda heç bir dini ayrıseçkilik olmadan inkişaf etdirilməsi üçün mövcud olan şəraitdən yetərincə razılığını bildirirdilər. Dinimiz İslam dinidir. Bu din yer kürəsində yaşayan insanlar arasında heç bir irqi seçkilik qoymayan, bütün bəşəriyyət üçün yaranan təmiz və pak bir dindir. İslam insanları bir olan Allaha inanmağa və bu inamın nəticəsi olaraq birliyə dəvət edir. İslamda millət yoxdur, bütün millətlərin birliyindən yaranmış “Ümmət” vardır. Bu ümmətin tərkibində qara dərili də, ağ dərili də, varlı da , kasıb da  eyni dərəcədədir : hamı Allahın bəndəsidir. İslamın mahiyyətini, əsl məqsədini başa düşən, dərk edən hər bir adam bilik səviyyəsindən, millətindən asılı olmayaraq dərhal onu qəbul edir. Bu mahiyyət isə sadə bir həqiqətdən ibarətdir : kainatın yaradıcısı birdir, ikinci bir yaradıcı  ola bilməz. Bu sadə həqiqəti qəbul etmək və müxtəlif cisimlərə etiqaddan çəkinib bir olan Allaha özünü təslim etmək böyük xoşbəxtlikdir. Hazırda İslam dininə bir milyarddan çox insan sitayiş edir. Əqidəmizə görə bu dinin tarixini yaxın bir keçmişlə bağlamaq olmaz. Çünki, ilk insandan və ilk peyğəmbərdən Həzrəti Adəmdən bu yana yüz iyirmi dörd min peyğəmbərin hamısını biz  İslamda hesab edirik. Allah-taalanın birliyinə inanan və bu həqiqəti təbliğ edən, Qurani-Kərimdə adları zikr olunan iyirmi beş peyğəmbərin haqq olduğunu təsdiqləyən və bu müqəddəslərin sırasında Mühəmməd-əleyhissalamın Allahın elçisi sonuncu peyğəmbər olduğunu qəbul edən hər bir şəxs İslamda sayılır. Beləliklə, müqəddəs kitabımızın- Quranın öyrətdiyinə əsaslanaraq, deyə bilərik ki, Allah-taalanın biz insanları zəlalətdən doğru yola, zülmətdən işığa, nadanlıqdan ürfana, pisliklərdən xeyirxahlığa çıxarmaq üçün nazil etdiyi İslam dini həzrəti peyğəmbərimizin zamanında təkmil olmuşdur. Azərbaycan dövləti hüquqi, demokratik dünyavi dövlət olduğu halda , bu məkanda yaşayan hər bir vətəndaş irqindən, cinsindən milli mənsubiyyətdən asılı olmayaraq dövlətin əsas qanununa əsasən bərabər hüquqda istədiyi dinə etiqad edə bilir. Respublikamızda fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət-din münasibətlərinin düzgün nizamlanması işinə böyük diqqət yetirir, vaxtaşırı Azərbaycanın hər bir bölgəsində geniş maarifləndirmə işini lazimi səviyyədə qurmağa nail olur, dəyərli və vacib tövsiyələri geniş camaat kütləsinə çatdırmağa müvəffəq olur. Əhali ilə aparılan bu geniş miqyaslı profilaktik tədbirlərin nəticəsidir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda insanlar arasında heç bir dini çəkişmə yoxdur. Ölkə Prezidenti İlham Əliyevin dövlət-din münasibətlərinə olan diqqəti və təxirəsalınmaz tövsiyələri heç bir dini ayrı-seçkilik və çəkişmələrin yaranmasına imkan vermir. Qeyd etdiyim kimi MDB məkanında dini-nöqteyi nəzərindən baş verən hadisələr heç də ürək açan deyildir. Bizə əbədi irs qoyub gedən Ulu Öndərin 1994-cü ildə Məkkə şəhərinə Həcc ziyarəti, orada yüksək vəzifəli dövlət və din xadimləri ilə görüşü bizə örnəkdir. Ata nəsihəti-Oğul töhfəsi. Ata nəsihətinə sadiq olan cənab İlham Əliyev də ailəliklə birgə bir neçə il öncə Həcc ziyarətində oldular. Allah qəbul eləsin deyirəm. Azərbaycanın tərəqqisi və inkişafı naminə bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərinə də şərəflə xidmət edən liderimizin apardığı ardıcıl, dəyərli , təxirəsalınmaz və məqsədyönlü işlər 30 ilə yaxın bir dövrdə erməni tapdağı altında olan torpaqların işğaldan azad olunmasına gətirib çıxartdı və bizlərə qələbə sevincini yaşatdı. Allah Vətən müharibəsində Şəhid olan əsgər və zabitlərimizin ruhunu şad etsin, onların valideynlərinə səbr , qazilərə isə şəfa diləyirəm. İndi, işğaldan azad olunan bölgələrdə Azan səsləri eşidilir, geniş quruculuq işləri davam etdirilir, məscidlər tikilir, təmiri mümkün olanlar təmir edilir, yollar qurulur. Bir sözlə işlər yüksək səviyyədə davam etməkdədir. Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə sadiq qalan Zaqatala rayonunun Paşan kənd məscidinin dini icmasının üzvi olaraq mən və digər icma üzvləri gələcəkdə də bu işi şərəflə davam edəcəyik. İcma üzvləri karantin müddəti istisna olmaqla kənd ictimaiyyətinin nümayəndələrinə ölkə Prezidenti cənab İlham Əliyevin, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi dövlət-din siyasətini bundan sonra da daha yüksəklərə qaldırmaq üçün çalışacaqlarını bildirirlər. Uca Allah Ulu Öndərin bütün göstərişlərini rəhbər tutan və yüksək peşəkarlıqla realizə olunmasına nail olan ölkə Prezidenti cənab İlham Əliyevi, bütün Azərbaycan xalqını, müsəlman dünyasını qorusun! Amin!

Məmmədov Nurhuda Seyfullah oğlu

Zaqatala rayonu Paşan kənd məscidinin dini icma üzvi

02.04.2021-ci il



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər