Saytımızı qiymətləndirin


 
 

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
Tarix: 23-11-2017 | Saat: 09:14
Bölmə:--- | çapa göndər


İki gündür 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün yekunlaşacaq.


Müzakirlər 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə aparılır.


Üç gündür davam edən iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxildir:



1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında


7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.



Xəbəri paylaş

69 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi