Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Manşet / Karusel > Əliyev-Paşinyan görüşü keçirilə bilər - RƏSMİ
Əliyev-Paşinyan görüşü keçirilə bilər - RƏSMİ5-05-2022, 14:33. Yazar: Admin |
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya ətrafında müzakirələr davam edir”. “Bununla bağlı müzakirələr davam edir. Təbii ki, biz ümid edirdik ki, aprelin sonuna kimi həll yollarını tapıb irəliyə gedəcəyik. Amma deyə bilərəm ki, hazırda intensiv müzakirələr davam edir, yaxın gələcəkdə bu görüşün baş tutacağına ümid var. Müzakirələr işçi qrupla bağlı yanaşmalardan gedir, başqa suallar da var ki, hələlik dəqiq cavab tapa bilməmişik. Onlar tapıldıqdan sonra ictimaiyyətə açıqlama veriləcək və görüş keçiriləcək”, - Qriqoryan bildirib.
Armen Qriqoryan qeyd edib ki, bəzi suallar var və onların cavabları yalnız baş nazir Nikol Paşinyanla Prezident İlham Əliyevin mümkün görüşündən sonra müzakirə olunacaq.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə mayın 2-də Brüsseldə görüşüb. Geri dön |