Ana Sayfa > Karusel / Siyasət > Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək
Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcəkDünən, 13:47. Yazar: Admin |
Yaxın vaxtlarda Ermənistan və Türkiyə nümayəndələrinin Gümrü-Qars dəmir yolunun bərpası və istifadəyə verilməsi məsələləri ilə bağlı dövlətlərarası görüşü keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Armenpress” ölkənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyana istinadən məlumat yayıb. “Ən yaxın vaxtlarda Gümrü-Qars dəmir yolunun bərpası və fəaliyyəti ilə bağlı dövlətlərarası görüş keçiriləcək. Görüşdən sonra ətraflı məlumat veriləcək”, — Ruben Rubinyan bildirib. Xatırladaq ki, 2025-ci ilin 12 sentyabrında İrəvanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş keçirilib. Görüş nəticəsində tərəflər razılaşıblar ki, Ermənistan və Türkiyə aidiyyəti orqanları Gümrü-Qars dəmir yolunun və elektrik verilişi xəttinin bərpası və istifadəyə verilməsi üçün zəruri texniki araşdırmaları həyata keçirəcəklər. Geri dön |