Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə ticarət dövriyyəsi təxminən 15 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Qarabaginfo.az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
Komitənin hesabatı əsasında aparılmış hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz və ya 1,6 milyard ABŞ dolları artıb.
Hesabat dövründə Aİ ölkələri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 42 faizini təşkil edib.
Aşağıdakı cədvəldə cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Aİ ölkələri ilə ticarət əməliyyatlarına dair statistik məlumatlar təqdim olunur:
Ölkənin adı | İxrac
(min ABŞ dolları) |
İdxal
(min ABŞ dolları) |
Avropa İttifaqı ölkələri üzrə ümumi həcm | 12 870 256,00 | 2 095 128,76 |
Almaniya | 468 173,20 | 635 092,99 |
Аvstriya | 43 680,24 | 90 664,37 |
Belçika | 1 357,76 | 50 679,28 |
Bolqarıstan | 584 812,72 | 17 465,11 |
Çexiya | 703 093,06 | 55 260,69 |
Danimarka | 54 521,15 | 24 792,43 |
Estoniya | 18 219,69 | 9 463,23 |
Finlandiya | 112,68 | 21 657,19 |
Fransa | 89 863,45 | 175 656,59 |
Xorvatiya | 537 949,03 | 3 940,45 |
İrlandiya | 174 269,72 | 31 660,83 |
İspaniya | 9 854,47 | 160 408,88 |
İsveç | 1 080,16 | 27 401,98 |
İtaliya | 8 530 408,88 | 374 232,98 |
Kipr | 7 942,11 | 678,88 |
Latviya | 6 862,80 | 11 391,43 |
Litva | 2 874,43 | 17 689,86 |
Lüksemburq | 70,99 | 744,21 |
Macarıstan | 1 680,49 | 40 299,07 |
Malta | 4 170,01 | 352,50 |
Niderland | 140 845,17 | 96 029,32 |
Polşa | 8 176,39 | 113 220,49 |
Portuqaliya | 385 114,24 | 10 568,46 |
Rumıniya | 456 278,43 | 47 556,30 |
Slovakiya | 564,78 | 30 857,97 |
Sloveniya | 8 134,13 | 18 874,60 |
Yunanıstan | 630 145,83 | 28 488,66 |