Ana Sayfa > Karusel / İdman > “Yasamal” idman klubunun direktoru və Həmkarlar İttifaqının vəzifəli şəxsi barəsində qərar verilib
“Yasamal” idman klubunun direktoru və Həmkarlar İttifaqının vəzifəli şəxsi barəsində qərar verilibBu gün, 13:12. Yazar: Admin |
Ali Məhkəmədə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovla bağlı hökmdən verilən kassasiya şikayəti və protestə baxılıb. Qarabaginfo.az xəbər verir ki, bu gün hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qərara əsasən, kassasiya şikayəti və protest təmin edilməyib, hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nadir Əliyevə 7 il azadlıqdan məhrumetmə cəzası təyin olunub, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Alik Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Geri dön |