Ana Sayfa > Karusel / Cəmiyyət > Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA
Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA29-10-2024, 17:45. Yazar: Admin |
Sosial mediada Bakıdakı Məşədi Dadaş məscidinin mərhum imam-camaatı Hacı Şahin Həsənlinin qəbirüstü abidəsinin şəkilləri paylaşılıb. Şəkillərdən qəbirüstü abidədə bəzi yeniliklərin edildiyi görünür. Hacı Şahinin məzarının yeni görünüşü ictimai müzakirələrə səbəb olub. Belə ki, onun türbəni xatırlatdığı, gələcəkdə ziyarətgaha çevirilə biləcəyini düşünürlər var.
Mərhumun qardaşı məzarı ziyarətgaha çevirməyəcəklərini deyib: “Qəbirüstü abidə indi necə var, elə də qalacaq. Yəni bundan sonra hansısa dəyişiklik edilməyəcək. Kim istəyirsə, ziyarətə gəlir. Məzarı ziyarətgah halına gətirmək barədə isə düşünmürük. Ola bilər ki, orada xırda əlavələr edək - lampa qoyaq və s. Hacının adını yaşatmaq üçün ailə olaraq biz xüsusi nəsə etmirik”. İlahiyyatçı Elşad Miri isə məzarların ehtişamlı edilməsinin, dəbdəbəli sinə daşı qoyulmasının İslam dini ilə bir araya sığmadığını deyib: “Peyğəmbərin sağlığında oğlanları, qızları, yaxud həyat yoldaşları, əmiləri, digər yaxınları ölüb. Hansı birinin qəbri üzərində sinə daşı, yaxud ehtişamlı abidə düzəltdirib? Onların qəbirlərinin üzərində sinə daşı olubmu, xeyr. Bu gün təəssüflər olsun ki, bəzi insanlar sağlığında dəyər vermədikləri şəxslərin ölümündən sonra onların qəbirlərinin üzərində nələrsə etməklə hansısa mesaj vermək istəyirlər. Adam var ki, sağlığında ata-anasına elə də hörmət etməyib, lakin onlar dünyasını dəyişəndə qəbirlərinin üzərində möhtəşəm deyə biləcəyimiz elə abidələr qoydururlar ki, hamı bunlara "halal olsun, ata-anasına necə məzar daşı düzəltirib” desin. İslamda isə belə şeylər yoxdur”. E.Miri onu da vurğulayıb ki, mərhum Hacı Şahinin məzarı üzərində də xüsusi nəsə edilməsi İslama uyğun deyil:
Geri dön |