Ana Sayfa > Karusel / Gündəm > Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə NÖQTƏ QOYACAQ
Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə NÖQTƏ QOYACAQ7-09-2024, 11:32. Yazar: Admin |
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Budəfəki seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə apardı. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək dairələr üzrə nəticələri təsdiqləməli və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Yekun nəticələrə Konstitusiya Məhkəməsi nöqtə qoyacaq. İndi hər kəs yekun nəticələri gözləyir. Qarabaqinfo.aZ-ın məlumatına görə, Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, seçkilərin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Bunun üçün Mərkəzi Seçki Komissiyasının protokolları və müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməsi lazımdır. Bu, Seçki Məcəlləsinin 171.2-ci maddəsi ilə tənzimlənir. Sözügedən maddədə deyilir: Konstitusiya Məhkəməsi isə göndərilən sənədlərin Məcəlləyə uyğunluğunu 10 gün müddətində yoxlayır.
Qeyd edək ki, Seçki Məcəlləsinin 171.4-cü maddəsinə əsasən, Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qəti olur. Yekunlar təsdiqlənmədikdə isə Seçki Məcəlləsinin 171.5-ci maddəsi gündəmə gəlir. Məcəllənin 171.5-ci maddəsində deyilir: Geri dön |