Ana Sayfa > Karusel / Siyasət > Prezident Şuşada xarici mediaya çox mühüm mesajlar verdi - Elçin Şıxlı
Prezident Şuşada xarici mediaya çox mühüm mesajlar verdi - Elçin Şıxlı22-07-2024, 17:28. Yazar: Admin |
Şuşada üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media Forumu keçirilib. 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forumun açılış mərasimində Prezident İlham Əliyev xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
Dövlət başçısı medianın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. "Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir", - Prezident İlham Əliyev qeyd edib.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya keçirilib.
Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.
Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı Modern.az saytına açıqlamasında 2-ci Şuşa Qlobal Media Forumunun əhəmiyyəti barədə danışıb.
“Əsas müzakirə mövzuları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycana qarşı qlobal miqyaslı hücumlar, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanma perspektivləri, bölgədə gedən proseslərin təsnifatı, Azərbaycanın digər iri dövlətlər tərəfindən təzyiqə məruz qalmasının səbəbləri və digər problemlər idi. Geri dön |