Ana Sayfa > Karusel / Dünya > Çexiya Ukraynaya təhlükəsizlik zəmanəti haqqında sənəd imzalayacaq
Çexiya Ukraynaya təhlükəsizlik zəmanəti haqqında sənəd imzalayacaq28-06-2024, 17:21. Yazar: Admin |
2023-cü ildə “G7” ölkələri arasında Ukrayna tərəfinə təhlükəsizlik zəmanətinin verilməsinə dair razılıq əldə olunub. Bildirilib ki, bunun üçün rəsmi Kiyev ittifaqın hər bir ölkəsi ilə ayrı-ayrılıqda müvafiq sənədi razılaşdırmalıdır. 10 il müddətinə bağlanacaq bu müqavilələrin mətnləri bir-biri ilə demək olar ki, eynilik təşkil edir. Belə ki, G7 dövlətləri ilə razılaşdırılan sənədlər Ukraynaya hərbi, humanitar və maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.
Bundan əlavə, müqavilə tərəfləri Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə dəstəyi də öhdəsinə götürəcək. Qeyd edək ki, iyunun 27-də Vladimir Zelenski Litva və Estoniya ilə oxşar sənədi imzalayıb. .
Geri dön |