Ana Sayfa > Karusel / Müsahibə > “Bu gün təkcə öz ad günümə deyil, doğma Böyük Mərcanlının da yenidən “doğulmasına” sevinirəm”
“Bu gün təkcə öz ad günümə deyil, doğma Böyük Mərcanlının da yenidən “doğulmasına” sevinirəm”1-10-2020, 14:01. Yazar: Admin |
Bu gün tanınmış şair, Əməkdar incəsənət xadimi xadimi Vaqif Bayatlı Odərin doğum günüdür. Ustad şairin 72 yaşı tamam olur. Vaqif Bayatlı bu gün həm də bütün Azərbaycan xalqı ilə birlikdə doğulub, boya-başa çatdığı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin uzun illərdən sonra düşmən tapdağından azad olunmasının sevincini yaşayır. Qarabaginfo.az Modern.az-ın əməkdaşının Vaqif Bayatlı ilə müsahibəsini təqdim edir:
- Sizə minnətdaram. Amma bu gün təkcə öz ad günümə deyil, Böyük Mərcanlının da yenidən “doğulması”na çox sevinirəm.
- Böyük bir sevinclə! Mən Azərbaycan Ordusuna minnətdaram. Yeddi kəndimizin işğaldan azad olunması, mənim doğulub-böyüdüyüm Böyük Mərcanlının da bu siyahıda olması həddindən artıq sevindirici məqamdır. Şübhəsiz bütün Azərbaycan xalqı çox sevindi. Lakin azad olunmuş xalqların sakinləri üçün bu xəbər, xüsusi yerə malikdir. Bu xoş xəbər mənim üçün ad günü hədiyyəsi oldu. Bu gün tək mənim deyil, azad olunmuş torpaqlarımızdan olan bütün insanların sanki ikinci dəfə dünyaya gəldiyi gündür. Azad olunan kəndlərimizin “doğum günüdür”.
- Öz yurduma getdiyim ilk gün uşaqlığıma baş çəkəcəm. İllərdir itirdiyim körpəliyimi, cocuqluğumu öpəcəm. Mənim uşaqlığım kəndin hər yerinə izlər salıb. Onları ziyarət edəcəm.
- Qələbə xəbərinin elə özü şeirdir! Kəndimizin, torpaqlarımızın azad olunması xəbərindən daha yüksək əhval-ruhiyyəli bir şeir yazmaq mümkün deyil.
- Bir neçə dəfə əməliyyat olunmuşam. Amma indi səhhətim yaxşıdır.
- Dediyim kimi, Azərbaycan xalqına daha böyük qələbə arzulayıram. Bütün Türk dünyasına xoş günlər diləyirəm, gözümüz aydın. Geri dön |