Ana Sayfa > Karusel / Təhsil > Məktəblərdə zorakılıq: “Şagirdlər “vorzakon”ları örnək götürür”
Məktəblərdə zorakılıq: “Şagirdlər “vorzakon”ları örnək götürür”24-01-2024, 12:34. Yazar: Admin |
Dünən Gəncə şəhərində 11-ci sinif şagirdinin qətlə yetirilməsi hər kəsi şoka salıb. Hadisə 8 nömrəli tam orta məktəbdə baş verib. 17 yaşlı Raul Rəhimov məktəbin önündə həmyaşıdı tərəfindən bıçalanıb. Qətlin məktəblilər arasında yaranmış mübahisə zəminində baş verdiyi iddia edilir.
Son dövrlər məktəblərdə neqativ hallar - şagirdlərin döyülməsi, bıçalanması, zorakılıq hallarının artması cəmiyyətdə müzakirələrə səbəb olur. Bəziləri belə hadisələrin səbəbkarının məktəb olduğunu, bəziləri isə valideynləri günahlandırır.
Məktəblərdə zorakılıq hallarının bu qədər artmasının səbəbi nədir?
"Bu gün orta təhsil məktəbində oxuyan şagirdin əlində kitab olmalı olduğu halda bıçaq var. Bunlar ciddi mesajlardır. Son illər məktəblərdə baş verən hadisələrə baxdıqda görürük ki, şagirdlərin iştirakı ilə kəsici-deşici alətlərlə xəsarət halları çoxalıb.
Bunun birinci səbəbi orta təhsil məktəblərində psixoloqların şagirdlər ilə düzgün ünsiyyət qurmamaları, məktəb kitabxanalarıda kitabların şagirdlərə oxudulmamasıdır. Şəxsiyyət kimi formalaşmalı olan şagird kitablardan özünə qəhərman obrazı tapmalıdır. Cinayətkarları qəhrəman görmək bu tip xoşagəlməz halların baş verməsinə gətirib, çıxarır. Necə ola bilər ki, məktəbdə şagirdin əlində kəsici alət olsun? Təhlükəsizlik gücləndirilməli, mütəmadi olaraq məktəblərin qarşısında post-patrul xidmətinin əməkdaşları dayanmalıdırlar”.
“Məktəb psixoloqları şagirdlərlə işləməli, testlər keçirməlidirlər. Şagirdlər arasında zorakılığa meyilli olanlar müəyyənləşdirilib, profilaktik tədbirlər görülməlidir. Araşdırılmalıdır ki, 13-14 yaşlı biri necə insan öldürə bilir? Bu hadisə həm də onu göstərir ki, məktəb direktorları və direktor müavinləri öz vəzifəsini yerin yetirə bilmirlər”.
“Zorakılıq halları təkcə Azərbaycana aid deyil, dünyanın hər yerində baş verən hadisədir. Belə hadisələr məktəbdə, məktəbdən kənarda da yaşanır.
“Məktəblərdə sosial pedaqoqlar olmalıdır. Davranış qaydaları təkcə sənəd üzərində olmamalı, tətbiqi də həyata keçirilməlidir. Hərtərəfli iş aparılmalıdır. Məktəblinin soyuq silahdan istifadəsi qorxulu faktdır. Ancaq düşünürəm ki, belə hadisələr zamanı tək məktəbi günahlandırmaq doğru deyil. Şagirdin dəyərlərinin formalaşmasında valideyn də iştirak etməlidir”. Geri dön |