Ana Sayfa > Karusel / Gündəm > “Yeni Klinika”ya direktor müavini təyin olundu
“Yeni Klinika”ya direktor müavini təyin olundu18-11-2023, 14:16. Yazar: Admin |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni Klinika" tibb müəssisəsinin direktor müavini vəzifəsinə təyinat olub. Qarabaqinfo.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
Əmək fəaliyyətinə 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında başlayan həkim mama-ginekoloq daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin Iğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb. 2018-2021-ci illərdə “Fellowship” təqaüd programı ilə Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsinin Ekstrakorporal mayalanma bölməsində təhsil aldığı müddətdə həmin şöbədə fəaliyyət göstərib. 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Uniklinika və Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb. Geri dön |