Ana Sayfa > Karusel / İqtisadiyyat > Zəngəzur dəhlizi üçün birgə bəyanatın mətni hazırdır - Overçuk
Zəngəzur dəhlizi üçün birgə bəyanatın mətni hazırdır - Overçuk3-11-2023, 16:15. Yazar: Admin |
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Səmərqənddə keçirilən XVI Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qruplarının nəqliyyat əlaqələrinin açılması və sərhədlərin delimitasiyası üzrə fəaliyyətini şərh edib.
O ki qaldı yolun tikintisinə, bilirsiniz ki, Azərbaycan artıq Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən çəkilən avtomobil yolunun tikintisinə başlayıb. Bildiyimizə görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum da imzalanıb”, - deyə Overçuk vurğulayıb. O, Şimal-Cənub magistralının Ermənistanda tikintisinə və onun ümumi Şimal-Cənub dəhlizinin bir hissəsi kimi Rusiya üçün əhəmiyyətinə də münasibət bildirib. “Bu, İrandan Ermənistan ərazisi vasitəsilə Gürcüstana keçəcək çox mühüm infrastruktur layihəsidir. Və təbii ki, Yuxarı Larsı nəzərə alsaq, o, bizim Şimal-Cənub dəhlizimizdə də çox mühüm rol oynayacaq. Biz buna əminik”, - Rusiya baş nazirinin müavini qeyd edib. Geri dön |