Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Qarabağ > Cəbrayıllıların Cəbrayıl Şəhəri Günündə TƏƏSSÜRATLARI
Cəbrayıllıların Cəbrayıl Şəhəri Günündə TƏƏSSÜRATLARI4-10-2023, 14:16. Yazar: Admin |
![]() Bu gün Azərbaycanda ilk dəfədir ki, Cəbrayıl Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Hazırda Cəbrayıl rayonunda quruculuq-abadlıq işləri aparılır.
Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı Xüsusi Nümayəndəliyindən verilən məlumata görə, təsdiq edilmiş Baş Plana uyğun olaraq Cəbrayıl şəhəri, onun kənd və qəsəbələri tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcək.Yaxın bir neçə il ərzində isə cəbrayıllılar öz doğma yurdlarına qayıdıb, həyatlarını orada davam etdirəcəklər.
Cəbrayıl Şəhəri Günü cəbrayıllılarda hansı təəssüratlar doğurub?
“Allah Prezidentimizi, Ordumuzu qorusun, şəhidlərimizə rəhmət diləyir, qazilərə can sağlığı arzu edirəm. Nadir hallarda mənim üzüm gülər. Bü gün doğma yurd-yuvası üçün 30 il həsrət çəkən, bir gözü ilə ağlayıb bir gözü ilə gülən insan necə ola bilər? Şükür Allaha, cəbrayıllı olduğum üçün demirəm, bizim camaat qədəmləri sayalıdır. İlk zəfər xəbəri bizim bölgədən gəldi. Bu gün də demək olar ki, ərazi bütövlüyümüzə nəzarət tam təmin olunmaq üzrədir.
“1990-cı illərin əvvəllərində Cəbrayılın özünümüdafiə qüvvələri keçmiş Hadrut rayonunun 14 kəndini düşməndən təmizləmişdi. Təəssüf ki, 1993-cü ildə Qarabağın digər bölgələri kimi bizim rayon da işğala məruz qaldı. Xalqımızı, Cəbrayıl camaatını bu gün münasibətilə təbrik edirəm. Bu qələbəyə görə Ali Baş Komandana təşəkkür edirəm. İndi artıq ürəklə deyə bilərik ki, Qarabağ Azərbaycandır! Bu yolda şəhid olanların ruhu qarşısında Azərbaycan ziyalısı, ağsaqqal, I Qarabağ müharibəsinin qazisi kimi baş əyirəm. Yaralı qazilərimizə şəfalar diləyirəm. Qələbəmiz münasibətilə, Cəbrayıl günü münasibətilə cəbrayıllıları təbrik edirəm. Mən bu gün Şəhidlər xiyabanını ziyarət edəcəm. Uca səslə deyəcəm ki, rahat yatın əziz şəhidlər, Qarabağ Azərbaycandır!".
“Biz doğma yurdumuza qayıdırıq. Gözünüz aydın olsun. Biz bütöv qələbəmizi təmin etmişik. Allah cənab Prezidenti, xalqımızı qorusun. Bu torpaq uğrunda minlərlə can fəda oldu, onlara rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Qanı torpağı Vətən edən, tarixi şərəfləndirən oğullar, haqqınız ödənməz! Ali Baş Komandan, var olun! Zaman gücünüzə güc qatsın, düşmənləri bircə-bircə məhv edin!”.
Geri dön |