Ana Sayfa > Karusel / Gündəm > Milli refleks... - Kremlin müdirinə mədhiyyə oxuyanlar
Milli refleks... - Kremlin müdirinə mədhiyyə oxuyanlar15-09-2023, 17:35. Yazar: Admin |
Milli məsələdə gərək çəkici bir nöqtəyə vurasan. Banal və ya trivial səslənir, amma vacib təsbitdir. Daha vacibi isə “milli nöqtə”ni düz tapmaqdır ki, başqalarının nöqtələrini döyəcləməyəsən... Putinin Vladivostokdakı çıxışında Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına iradı, skandal “Laçın-Kəlbəcər təklif-peşkəşi”, Azərbaycan XİN-in Ukraynanın işğal edilmiş ərazilərində keçirilən qondarma seçkiləri pisləməsi, Rusiyanın diplomatik kanallarla Bakıya demarşı və Lavrovun atbalaxanımı Zaxarovanın bu kontekstdə sərsəmləməsi, Rusiyanın Xankəndidəki “seçki”ni pisləməməsi və separatçı rejimi tanımadığını elan etməməsi milli məsələyə toxunan mövzulardır. Məsələn, Rusiya liderinin Qarabağın Azərbaycanın olmasına dair “bu, bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır” sözləri ermənilərə “Qarabağı istəyirsinizsə, Paşinyanı devirin” mesajı, bizə isə daha bir siqnaldır ki, Putinə inanan daşa dönsün... Amma inanırlar. Adam, yəni Putin bizim torpaqlarla alver edirmiş və üstündə “bəxşiş” də verirmiş: Bizim siyasətçi-strateq qəfildən vəcdə gəlib Kremlin müdirinə mədhiyyə oxuyur: Putin Paşinyanı yerinə oturtdu, alnından möhür vurdu, kürsüsündən fırladacaq, filan-peşməkan... Sağ olsun PUTİN KİŞİ, Nikolun sındı dişi; Boş çıxdı zəng edişi; Əziz Vəziri-Əzəm! Qayıdaq qoyunumuza, milli məsələyə. Əcaib işdir, milli işə dəxli olan vacib mövzuların şərh və müzakirələrində son vaxtlar mövqe və aspektlər uzlaşmır, yanaşmalar bəzən diametral ziddir. İrəvana, vasitəçilərə, regional və başqa geosiyasi fiqurlara münasibətdə şübhəli konsepsiya və baxışlar var. Prinsipcə fərqli yanaşmalar normaldır, amma nədən bu qədər zidd və düşməncəsinə?!. Milli refleks sanki tənbəlləşib və ya korşalıb. Təkrar qeydiyyatdan 25-26 siyasi partiya keçib. Zaxarovanın demarşına və ya Rusiyanın Qarabağdakı "seçkilər”i pisləməməsinə vur-tut 5-6 partiya lideri və ya funksioneri reaksiya verib. Xatakar, bədəməl siyasi reflekslər! Bütün suç onlardadır, milli yoldan azdırırlar... Geri dön |