Ana Sayfa > Karusel / Region > Moskva ABŞ-ın vasitəçiliyindən narahatdır - Rusiya XİN
Moskva ABŞ-ın vasitəçiliyindən narahatdır - Rusiya XİN15-06-2023, 12:13. Yazar: Admin |
Rusiya ABŞ-ın Bakı və Xankəndi (məlumatda qondarma "Stepanakert" adından istifadə olunub - red.) arasında dialoqda vasitəçilik xidmətlərini tətbiq etməyə çalışdığı məlumatlardan narahatdır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən "RİA Novosti"yə verilən məlumatda qeyd olunub.
"Söhbət o cümlədən hədə-qorxu ilə tətbiqdən gedir. Bu, ABŞ-dan olan vasitəçilərin adekvatlığına dair suallar yaradır", - Rusiya XİN-in məlumatında vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl "RİA Novosti" ABŞ-dakı diplomatik mənbələrdən "Vaşinqtonun Qarabağdakı separatçıları Bakı ilə dialoqa məcbur etdiyi, əks təqdirdə antiterror əməliyyatları ilə hədələdiyi" barədə guya məlumat əldə etdiyini iddia etmişdi. Geri dön |