Ana Sayfa > Karusel / Dünya > Zaxarova Paşinyandan nə istəyir... - ŞƏRH
Zaxarova Paşinyandan nə istəyir... - ŞƏRH25-05-2023, 12:50. Yazar: Admin |
Kreml Ermənistanın Baş naziri Nikol Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını "diqqətə" alır.
"Bundan da dəqiq mövqe olarmı? Paşinyan açıq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, daha nə istəyirsiniz? Mariya Zaxarovanın “Paşinyanın açıqlaması Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub” cümləsi isə ona dəlalət edir ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını “diqqətə” alır. Yəni bu o deməkdir ki, Kremlin Qarabağla bağlı “fərqli” mövqeyi var. Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək, Kreml separatçılarla bağlı “planlarından” əl çəkməyib".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya cavab verib. Paşinyan deyib ki, Zaxarova onun həmsöhbəti ola bilməz: "Mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir. Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, yalnız onları nəzərə ala bilər”.
Zaxarova isə Paşinyanın açıqlamalarının qarışıq reaksiyalara səbəb olduğunu bildirib. Geri dön |