Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Səfir: Moldova və Azərbaycan hər zaman bir-birinə dəstək verib
Səfir: Moldova və Azərbaycan hər zaman bir-birinə dəstək verib23-05-2023, 13:56. Yazar: Admin |
|
Tarixən Moldova Respublikası fasiləsiz və sistemli şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da beynəlxalq platformalarda hər zaman Moldovaya dəstək verib. Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib.
“Hesab edirəm ki, çoxtərəfli, beynəlxalq formatlarda Moldova-Azərbaycan münasibətlərinin səviyyəsi hər iki ölkənin üzləşdiyi reallıqlara və tələblərə uyğundur. Ölkələrimiz arasında BMT, GUAM, TRASEKA çərçivəsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xətti ilə çox yaxşı və səmərəli əməkdaşlıq mövcuddur”, - diplomat qeyd edib. Geri dön |