Ana Sayfa > Karusel / Qarabağ > Separatçı ermənilər Volkovla görüş tələbi ilə Xocalı hava limanında çadırlar qurdu...-VİDEO
Separatçı ermənilər Volkovla görüş tələbi ilə Xocalı hava limanında çadırlar qurdu...-VİDEO28-12-2022, 10:15. Yazar: Admin |
![]() Dünən saat 15-16 radələrində Rusiya "sülhməramlı"larının komandanı A.Volkovla görüş tələbi ilə Xankəndindən Xocalı hava limanına yürüş etmiş separatçı-terrorçu, işğalçı xislətli haykların bir hissəsi hava limanının yaxınlığında qalmaqda davam edir.
![]() Bu haqda məlumat və video-görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb.
![]() "Çadırlar qurulub, isinmək üçün tonqallar yandırılır. Sülhməramlılardan heç bir xəbər yoxdur, onlar hələ də guya Volkovu “axtarırlar". Adi Artsax sakinləri etirazçılara yemək və odun gətirirlər. Mümkündür ki, sabah(28 dekabrı- S.L.) Volkov xalqın qarşısına çıxana qədər hava limanının giriş-çıxışlarının tam blokadası başlayacaq"- məlumatda belə deyilir.
![]() Son məlumata görə, separatçı aksiyanın rəhbəri Tiqran Petrosyan "sülhməramlı"ların bir nümayəndəsi, Volkovun müavini ilə görüşüb və tələblərini yazılı şəkildə çatdırıb...
(Moderator.az)
Geri dön |