Ana Sayfa > Karusel / Region > Peskov Qriqoryanı biabır etdi: “Təxribatçıdır“

Peskov Qriqoryanı biabır etdi: “Təxribatçıdır“


27-12-2022, 16:29. Yazar: Admin

Peskov Qriqoryanı biabır etdi: “Təxribatçıdır“

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edir.

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, Kremlin sözçüsü bildirib: “Belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. Onlar doğru deyil. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”.

Xatırladaq: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarusun İttifaq Dövlətinə qoşulmağa məcbur edir. 

Bundan əlavə, o, İctimai Televiziyanın efirində qeyd edib ki, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması da Rusiyanın Ermənistana təzyiq növlərindən biridir.(Yenisabah)


Geri dön