Ana Sayfa > Karusel > “Hər yerindən duran jurnalist adına iddia edir” - Rəşad Məcid
“Hər yerindən duran jurnalist adına iddia edir” - Rəşad Məcid28-10-2022, 11:34. Yazar: Admin |
"Jurnalistlər həmişə xalqın savadlı, mədəni, ziyalı təbəqəsi sayılıblar. Bu keyfiyyətlərin daşıyıcısı olan həmkarlarımız bu gün də var. Onlar təvazökardırlar, abırlıdırlar, kənardan mətbuatımızın bugünkü mənzərəsinə baxıb köks ötürürlər". “Jurnalist adı nəyə görə bu qədər nüfuzdan düşdü? Niyə cəmiyyət onlara əcaib və qorxulu məxluqlar kimi baxır, hətta bəzən kinayə və ironiya ilə yanaşırlar?”, - deyə sual edən R.Məcid cavabı belə açıqlayıb: “Bunun bir səbəbi özünü jurnalist adlandıranların bir-birinə tükənməz kin-küdurət bəsləməsi, bir-birini aşağılaması, gözdən salmasıdırsa, digər səbəbi də sosial şəbəkələrin yaratdığı asudəlikdə yerindən duranın jurnalist adına iddia etməsidir. İndi hamı yazır, çəkir, danışır və ictimaiyyət də bu “hamını” jurnalist simasında görür. Bu sektorda güclü özünütənzimləmə, sərt ictimai qınaq olmasa, fəsadları getdikcə dərinləşəcək. Bəzən də özünü intellektual və ziyalı hesab edən neçə ilin jurnalistindən elə söz eşidirik ki, heyrətə gəlirik. Deməli, oxumayan, məlumatsız olan təkcə “iddialı” gənclər deyil, belələri yaşlılar arasında da var”.
Qınadığımız mütaliəsiz cavanlara belə “nümunə” göstərməklə onlar, əslində, cəmiyyəti qaranlığa və xaosa sürükləyirlər. Unudurlar ki, dürüst yol axına qoşulub bulanıq sulara qarışmaq yox, tərsinə, mənbəyə üzüb duruluğa çıxmağa çalışmaqdır”, - R.Məcid bildirib. Geri dön |