Ana Sayfa > Karusel / Region > Türkiyədə torpaq sürüşməsi zamanı azərbaycanlı sürücü ölüb - FOTO

Türkiyədə torpaq sürüşməsi zamanı azərbaycanlı sürücü ölüb - FOTO


1-07-2022, 11:25. Yazar: Admin

Türkiyədə torpaq sürüşməsi zamanı azərbaycanlı sürücü ölüb - FOTO - VİDEO

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən şəxs azərbaycanlıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub: “Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.


Geri dön