Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ordusu Zəngəzura girib? - RƏSMİ

Azərbaycan Ordusu Zəngəzura girib? - RƏSMİ


1-06-2022, 15:24. Yazar: Admin

Azərbaycan Ordusu Zəngəzura girib? - RƏSMİ

 


“Ermənistan Respublikasının Zəngəzur rayonunun Aşağı Hənd kəndi yaxınlığındakı dağlıq ərazidə Azərbaycan bölmələrinin yenidən irəliləməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətəuyğun deyil”.

Qarabaginfo.az Cebhe.info-ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir. 

“Bu il martın 21-də Ermənistan Respublikası Müdafiə Nazirliyinin yaydığı dəqiqləşdirmədə də göstərildiyi kimi, Azərbaycan bölmələrininin sərhədin göstərilən hissəsində yerləşdirilməsi 2020-ci il noyabrın 9-dan sonra, müharibədən sonrakı dövrdə qeydə alınıb. 

Müdafiə Nazirliyi bir daha ordunun nüfuzuna xələl gətirən, əhali arasında əsassız gərginlik yaradan yalan məlumatların yayılmasından çəkinməyə çağırır” - məlumatda belə qeyd edilir.


Geri dön