Ana Sayfa > Karusel / Gündəm > 26 il eyni vəzifəni tutan, 6 spikerlə işləyən Səfa Mirzəyev rəsmən yola SALINDI
26 il eyni vəzifəni tutan, 6 spikerlə işləyən Səfa Mirzəyev rəsmən yola SALINDI16-05-2022, 11:22. Yazar: Admin |
Milli Məclisin Aparat rəhbəri vəzifəsində çalışan Səfa Mirzəyev tutduğu vəzifədən azad edilib. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, 1983–1985-ci illərdə həmin kafedranın baş müəllimi olub. 1985-ci ildə Universitetin Hüquq fakültəsinin dekan müavini təyin edilib. 1983-cü ildə gənc alim və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olub. 1990-cı ilin aprel ayında SSRİ Ali Soveti tərəfindən SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilib, 2 ilə yaxın həmin vəzifədə çalışıb. 1992-ci ilin yanvar ayında Azərbaycana qayıdıb, Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Hüquqi təminat və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Baş katibi vəzifəsində çalışıb. 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın üzvü olub, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında fəal iştirak edib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var”.
(Modern.az) Geri dön |