Ana Sayfa > Karusel / Siyasət > Paşinyan Moskvada “xeyli saziş” imzalayacaq - Peskov
Paşinyan Moskvada “xeyli saziş” imzalayacaq - Peskov19-04-2022, 15:02. Yazar: Admin |
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı əməkdaşlığa dair sənədlər paketinin imzalanması planlaşdırılır. Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O xatırladıb ki, Paşinyanın bu gün Rusiya lideri Vladimir Putinlə görüşü planlaşdırılıb: “Sonra Paşinyan Rusiya hökuməti səviyyəsində çox intensiv təmaslar planlaşdırır. Orada bütün sənədlər paketi imzalanacaq”, - Peskov bildirib. Qeyd edək ki, daha öncə Paşinyanın səfəri zamanı rusiyalı həmkarı Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüş keçirəcəyi bildirilmişdir.
Geri dön |