Ana Sayfa > Karusel / Gündəm > DÇ-2022: Seneqal millisi final mərhələsinə vəsiqə qazanıb

DÇ-2022: Seneqal millisi final mərhələsinə vəsiqə qazanıb


30-03-2022, 00:20. Yazar: Admin

Alajuelense recibiría $200mil por venta de Jonathan Moya – Hoy en el deporte

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının daha bir iştirakçısı bəlli olub.

Qarabaginfo.az-ın məlumatına görə, Afrika zonası üzrə seçmə mərhələnin 3-cü raundunun cavab oyununda evdə Misiri məğlub edən Seneqal millisi final mərhələsinə vəsiqəni təmin edib.

Görüşün əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 3-cü dəqiqədə Bulaye Dia vurub. İlk qarşılaşmada Misir yığması eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. Lakin burada da qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) Seneqal seçməsi DÇ-2022-də iştirak hüququ qazanıb.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. İndiyədək Seneqalla yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya, Uruqvay, Ekvador, Kanada və Qana final mərhələsinə vəsiqə əldə edib.


Geri dön