Ana Sayfa > Karusel / Siyasət > Ararat Mirzoyan Lavrova Azərbaycandan şikayət etdi
Ararat Mirzoyan Lavrova Azərbaycandan şikayət etdi21-03-2022, 15:30. Yazar: Admin |
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 21-də rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb, Ermənistan-Azərbaycan sərhədində və Qarabağdakı vəziyyəti ona təqdim edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər Ermənistan-Rusiya əməkdaşlığı, yüksək səviyyəli qarşılıqlı səfərlər, diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirləri müzakirə ediblər. Xarici işlər nazirləri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sazişlərin icrasını müzakirə ediblər. Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması ilə bağlı erməni tərəfinin mövqeyini Lavrova təqdim edib. Bu kontekstdə o, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rolunu vurğulayıb. Erməni nazir rusiyalı həmkarına Azərbaycandan şikayət edib və Bakını atəşkəs rejimini pozmaqda təqsirləndirib. Geri dön |