Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan velosipedçisi Türkiyədə ilk "10-luğ"a düşüb
Azərbaycan velosipedçisi Türkiyədə ilk "10-luğ"a düşüb3-03-2022, 21:03. Yazar: Admin |
Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Manavgat Side Junior” yarışı start götürüb. Qarabaginfo.az xəbər verir ki, 10 ölkədən 16 komandanın tərkibində 86 velosipedçinin mübarizə apardığı turnirin 1-ci günündə iştirakçılar fərdi ötüşmə növündə bacarıqlarını nümayiş etdiriblər. Yarışda iştirak edən Azərbaycanın gənclər yığmasının lideri Kamran Mirzəxanov 6,3 km məsafəni 8 dəqiqə 36 saniyəyə qət etməklə ilk mərhələni 9-cu sırada başa vurub. O, birinci yarış gününün qalibi, Belçikanın "Cannibal" klubunun ABŞ-dan olan üzvü Artyom Şmitdən 31 saniyə geri qalıb. İkinci yarış günündə velosipedçilər 107 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar. Geri dön |